TÜRKİYƏDƏ ALİ TƏHSİL
 

            Türkiyədə ali təhsil ən az iki ildir ve orta təhsili bitirəndən sonrakı təhsili əhatə edir. Bu sistemə universitetlər və institutlar (hərbi akademiya, kollec və i.a.) daxildir. Türk universitetlərində dörd illik fakültələr ilə iki illik ali peşə məktəbləri və axşam ali təhsil proqramları mövcuddur.
 

Türkiyədə 2004-cü ildə  təhsil alan universitet tələbələrinin sayı, axşam ali təhsili də daxil olmaq üzrə, təqribən 1.9 milyondur. Türkiyənin müxtəlif universitetlərində 114 ölkədən 16 min xarici tələbə oxuyur.

Türkiyədəki universitetlerin xarici tələbələrə verdiyi imkanlar:
 

·        Təhsil və tərbiyədə yüksək keyfiyyət

·        Beynəlxalq standartlara uyğun təhsil

·        Ən son texnologiyanı əhatə eden müasir bazalar

·        Dünyada tanınan beynəlxalq diplomlar

·        Zəngin və qardaş mədəniyyət mühiti

 


Türkiy
ədə Bakalavr Proqramlarına Qəbul Şərtləri

 

            Türkiyədə bir universitetdə bakalavr təhsili almaq üçün xarici tələbələr həmin universitetin özüne sənəd vermələri lazımdır. Hər universitetin öz qəbul qaydaları var. Bu qaydalar əsasən bunlardır:

· Attestat

·   İmtahan nəticəsi (məsələn: SAT I, YÖS, Beynəlxalq olimpiyadalar. YÖS (“Yabancı Öğrenciler Sınavı”) Bakıda 17 Nissan 2005 tarixində keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün 11 Fevral 2005 tarixinə qədər müraciət edilə bilər. İmtahan xərci 50 ABŞ Dollardır. )


Təhsil Xərcləri:

 

Dövlət universitetləri

-         Türk dilində təhsil verən universitetlər:          İllik 250-950 ABŞ Dolları.

-         İngilis dilində təhsil verən universitetlər: İllik 550-1800 ABŞ Dolları


Vəqf  universitetləri (Özəl Universitetlər):           İllik 6000-16000 ABŞ Dolları  


Yemək, içmək və yataqxana xərcləri
:
                    Ayda 300-400 ABŞ Dolları          

           


Magistratura
və Doktorantura Proqramlarına Qəbul Şərtləri
 

            Namizədlər Magistratura (2-3 il) və doktorantura (3-5 il) proqramlarına qəbul olunmaq üçün birbaşa universitetlərə müraciət etməlidir.   

.

Təhsil xərcləri:
 

Dövlət universitetlərində: İllik təqribən 750-1000 ABŞ Dolları

.

Vəqf universitetlərində   : İllik təqribən 5000-12000 ABŞ Dolları

.

Yemək, içmək və yataqxana xərcləri :      Ayda 300-500 ABŞ Dolları          

 

Dil Şərtləri

.

            Türkiyədəki universitetlərdə qəbul imtahanları Türk ve İngilis Dillərində keçirilir. Bu səbəbdən Türk Dilini bilmək məcburi deyil. Türkiyənin bə’zi universitetlərində təhsil İngilis Dilində verilir. İmtahanı keçənlər, əgər Türk yaxud İngilis Dilini vacib olan səviyyədə bilmirlərsə eyni universitetdə bir il müddətlə dil hazırlıq kursunda iştirak edə bilərlər.

 

Daha geniş mə’lumat üçün

.

www.studyturkey.metu.edu.tr   internet site’larına müraciət edə bilərsiniz.

studyturkey@metu.edu.tr